Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
# 24 fevral 2012 08:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Cəfər Həssanla görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın gələcək perspektivləri, qarşılıqlı investisiya imkanları, eyni zamanda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin İordaniyaya nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR