İran son üç ildə 570 milyon dollar məbləğində silah alıb

İran son üç ildə 570 milyon dollar məbləğində silah alıb
# 03 may 2012 23:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Son üç ildə İran BMT Təhlükəsizlik Şurasının silahla bağlı qadağasına baxmayaraq, təxminə 570 milyon dollar məbləğində silah alıb. APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın “Telegraph” qəzeti Oxfam beynəlxalq təşkilatına istinadən yazıb. Xəbərdə bildirilib ki, 2007-ci ildə BMT Təhlükəsizlik Şurası bütün üzvlərini İrana silah satmamağa çağırıb. Ancaq buna baxmayaraq, mərkəzi qərargahı Stokholmda yerləşən SIRPI təşkilatı da İranın 2010-ci ildən sonra 570 milyon dollarlıq silah aldığını açıqlayıb. Təşkilatın 2012-ci il yanvar hesabatında qeyd olunub ki, İran silah alınması ilə bağlı qoyulan sanksiyalardan yayınmaq üçün 2011-ci ildə bu ölkəyə məxsus onlarla yük gəmisinin adını dəyişib. Həmin hesabata əsasən, 2008-ci ildə İran 123 gəmisindən 90-nın adını dəyişib. Bundan əlavə, İran gəmilərinin böyük bir hissəsi başqa ölkələrin bayraqları altında beynəlxalq sularda üzüblər. Bu səbəbdən ötən ilin aprel ayında İran dünyanın yüz ən böyük donanması siyahısından çıxıb. Halbuki bundan öncə İran donanması 23-cü sırada qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR