Avropa Parlamentinin bir qrup deputatı Şamaxıda olub

Avropa Parlamentinin bir qrup deputatı Şamaxıda olub
# 01 sentyabr 2012 18:48 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Azərbaycanda səfərdə olan Avropa Parlamentinin bir qrup deputatı sentyabrın 1-də Şamaxıya gəlib. APA-nın yerli bürosunun məlumatına görə, avropalı qonaqlar Milli Məclisin deputatları Elxan Süleymanov və Qənirə Paşayevanın müşayiəti ilə Şamaxı Müalicə-Diaqnostika Mərkəzi, eləcə də 743-cü ildə inşa edilən və Qafqazda ən qədim və möhtəşəm olan Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar.

Onlara 1918-ci ildə erməni daşnakları tərəfindən Şamaxıda törədilən soyqırımı, o vaxt məscidə yığışan 1500 nəfərdən çox dinc insanın - uşaqların, qocaların, qadınların diri-diri yandırıldığı barədə məlumat verilib.

Avropa Parlamentinin deputatları Şamaxıda Şeyxxəndan qəbiristanlığında dəfn edilən və deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yenidən bərpa edilən Azərbaycanın tanınmış maarifpərvər şairi S. Ə. Şirvaninin məzarını da ziyarət ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR