Lənkəran teatrında bolqar rejissorunun quruluş verdiyi tamaşaya daxili baxış olub

Lənkəran teatrında bolqar rejissorunun quruluş verdiyi tamaşaya daxili baxış olub
# 28 iyun 2012 23:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyunun 28-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında məşhur fransız dramaturqu Jan Batist Molyerin “Mizantrop” komediyasına daxili baxış olub. APA-nın Cənub bürosunun məlumatına görə, cəmiyyətin naqisliklərini, o cümlədən yalançılığı, ikiüzlülüyü ciddi ifşa edən bu səhnə əsərinə Bolqarıstanın Sofiya şəhərinin “Provakator” Teatrının bədii rəhbəri və rejissoru Xristo Stoyçevin quruluş verib. Baş qəhrəman Alsest rolunu respublikanın əməkdar artisti Təvəkkül Əliyev canlandırıb. Digər rollarda respublikanın xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Əlibala Əsgərov, Miraslan Ağayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova , Əbülfəz Axundov və digərləri çıxış ediblər.
Yerli ictimaiyyətin nümayəndələri tərəfindən maraqla izlənən tamaşanın qəbulunda Mədəniyyət Nazirliyinin nümayəndələri Nahidə İsmayılzadə və Vəfa Novruzova iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR