Bakıda “MSŞT-nin inkişaf perspektivləri: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda “MSŞT-nin inkişaf perspektivləri: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2012 15:47 (UTC +04:00)
Bakı. Əlibəy Zeynallı - APA. Bu gün “Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin inkişaf perspektivləri: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda İctimai Vəsaitlərin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov, Böyük Britaniyanın Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutundan (IIED) Emma Vilson, “Ödədiyini açıqla” (PWYP) London təşkilatından Marinke van Riet, Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman, Norveç Beynəlxalq MSŞT Katibliyindən Dvyeke Rogan və Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq, Qazaxıstan vətəndaş cəmiyyətinin nümayəndələri, ARDNŞ-ın vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan Dövlət Neft Fondunun MSŞT Katibliyindən Fərid Fərzəliyev, Dünya Bankının Qazaxıstan nümayəndəliyinin konsultantı Tatyana Sedova və MSŞT koalisiyasının üzvləri və tanınmış iqtisadçı ekspertlər iştirak ediblər.

Çıxış edənlər “Azərbaycan MSŞT-nin postvalidasiya mərhələsində: Təşəbbüsü necə sürətləndirməli?”, “Xəzər hövzəsi ölkələri üçünyeni çağırışlar”, “Qlobal MSŞT hara gedir? Yeni çağırışlar və inkişaf perepektivləri” və “Azərbaycanda MSŞT-nin inkişafı istiqamətində növbəti addımlar” mövzusunda məruzə edib. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd edildi ki, Azərbaycan 2003-cü il iyunun 17-də Londonda MHŞT-yə qoşulduğunu bəyan etmişdir. Azərbaycan MHŞT çərçivəsində ən çox hesabat yayan (14), 2009-cu ildə təsdiqləmə (validation) prosesini keçərək tam hüquqlu status alan ilk ölkədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR