Xəzərdə yük gəmisində yanğın baş verib

Xəzərdə yük gəmisində yanğın baş verib
# 07 iyun 2012 12:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Xəzər dənizində yük gəmisi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda “AZEKO” Azərbaycan-Amerika Birgə Müəssisəsinə məxsus 1912-ci ildə inşa olunmuş, hazırda kəsilməkdə olan “Volqa” yük tankerinin içərisində 200 kv.m sahədə mazut qalıqları yanıb. Tankerin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:23-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR