Azərbaycan nümayəndə heyəti ABŞ-ın Arkanzas ştatında görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Arkanzas ştatında görüşlər keçirib
# 02 mart 2012 15:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. ABŞ-da səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Arkanzas ştatının qubernatoru, senatorları və Nümayəndələr Palatasının üzvləri ilə keçirilən görüşlərində Azərbaycanla ABŞ arasında ötən dövrdə yaranan strateji əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib.

Görüşdə çıxış edən Milli Məclisin üzvləri A.Mollazadə və S.Fətəliyeva Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR