Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,5% yüksəlib
# 27 avqust 2012 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 158 bəndədək, S&P 500 0,7% - 1 411 bəndədək, Nasdaq isə 0,5% - 3 070 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Federal Ehtiyat Sisteminin açıq bazar üzrə komitəsinin iclasının protokolu təsir edib. Belə ki, protokolda əks olunan nəticələr və planlar investorlar tərəfindən iqtisadiyyatın dəstəklənməsinə dair yeni tədbirlər görəcəyi kimi qiymətləndirilib.

Avropa fond bazarlarında avqustun 24-də FTSE 100 indeksi dəyişməyib və 5 777 bənd təşkil edib, Almaniya DAX-ı 0,3% - 6 971 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 433 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 677,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2510 (-0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR