Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 18 oktyabr 2012 06:44 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Şıxlar, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR