Polşada Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 540 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

Polşada Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 540 illiyi münasibətilə silsilə tədbirlər keçirilir
# 17 sentyabr 2012 13:29 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində Polşanın A. Mitskieviç adına İnstitutun direktoru Pavel Potorçın və İnstitutun kollektivi ilə Azərbaycan elm xadimlərinin görüşü olub. Görüşdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, AMEA vitse-prezidenti və Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin Salamzadə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli və digər şəxslər iştirak ediblər.

Görüşdə Polşada Azərbaycan və Azərbaycanda Polşa elmi və mədəni nailiyyətlərinin təbliğatı üçün bir sıra razılaşmalar əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR