İsa Nəcəfov növbəti müddətə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

İsa Nəcəfov növbəti müddətə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub
# 06 aprel 2012 09:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin bu gün keçirilən iclasında İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxılıb. APA-nın məlumatına görə, İ. Nəcəfov daha 5 il müddətinə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Qeyd edək ki, İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində çalışıb. 22 mart 2002-ci ildə Milli Məclisinin qərarı ilə Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR