Şəki sakini traktor qoşqusunun altında qalaraq ölüb

Şəki sakini traktor qoşqusunun altında qalaraq ölüb
# 29 iyul 2012 20:17 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Şəki rayon sakini traktorun qoşqusu altında qalaraq ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayonun Kiş kənd sakini, 1969-cu il təvəllüdlü Nurullayev Azər Şahid oğlu rayonun Qoxmuq kənd sakini, 1951-ci il təvəllüdlü Novruzov Elxan Sədaqət oğlunun idarə etdiyi MTZ-80 markalı 55 T 280 dövlət nişan nömrəli traktorun qoşqusundan yıxılıb.

Qoşqunun təkəri Azər Nurullayevin üzərindən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Nurullayev hadisə yerində keçinib. F

akla bağlı Şəki RŞPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR