"YUĞ" Teatrında yeni tamaşanın premyerası olacaq

"YUĞ" Teatrında yeni tamaşanın premyerası olacaq
# 11 dekabr 2014 09:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 13-də "YUĞ" Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanan “Fəna” adlı yeni tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.

Tamaşada rolları Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev, Novruz Novruzlu ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR