“Neftçi” intizamsız legionerlərini qovur
18 may 2012 09:17 (UTC +04:00)
Bakı – APA. “Onların müqaviləsi başa çatıb. Elə buna görə də bu cür oynadılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Ölkə kubokunun final matçında “Bakı”ya 0:2 hesabı ilə uduzub “qızıl dubl” etmək arzusunu reallaşdıra bilməyən “ağ-qaralar”dan ayrılacaq futbolçulardan ikisi dəqiqləşib.
Bunlar Slavço Georgievski və Denis Silvadır.
Düzdü, mövsümün son matçında hər 2 futbolçu ilk “11-lik”də yer almışdı. Amma ilk yarıda ümidləri doğrultmayan Georgievski fasilədə Cavid İmamverdiyevlə əvəzləndi. Buna etiraz edən makedoniyalı yarımmüdafiəçi qarşılaşmanın ikinci hissəsini ehtiyat oyunçular skamyasından deyil, tribunadan izlədi.
Onun hərəkətini isə çempion üçün biabırçılıq hesab etmək olar. Matçın 82-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Denis isə oyunun başa çatmasını gözləmədən həyat yoldaşı ilə birgə stadionu tərk edib.
Təbii ki, ölkənin ən titullu klubu üçün bu intizamsızlıq yolverilməzdir. Amma baş məşqçi bunun səbəbini intizamsızqla deyil, futbolçuların komandaya lazım olmadıqlarını bildikləri üçün bu addımı atmaları ilə izah edib: “Onlar komandada qalmayacaqlar”.

Futbol
“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
02:29
28 aprel 2024
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
16:14
26 aprel 2024
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024