ABŞ-ın məhşur “Meri Mak Brayd” qrupu Xaçmazda konsert verib - FOTOSESSİYA - VİDEO

ABŞ-ın məhşur “Meri Mak Brayd” qrupu Xaçmazda konsert verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2014 19:38 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Amerika Birləşmiş Ştatlarının məhşur “Meri Mak Brayd” qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib. Konsert proqramı açıq havada Xaçmaz Xalça muzeyinin qarşısında təşkil olunub. Konsert promramında ABŞ musiqiçiləri ilə bərabər yerli sənətçilər də çıxış edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, konsertdən öncə qrup üzvləri ilə yerli sənətçilər arasında görüş olub və ustad dərsləri təşkil olunub.

Qeyd edək ki, sentyabrın 15-25-i Azərbaycanda olacaq qrupun səfəri ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində təşkil edilib. Qrup ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə olaraq çıxış edir. Proqramın əsas məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlər arası anlaşmanı və dostluğu təşviq etmək məqsədi daşıyır.

Qrup Xaçmazla yanaşı, Qusar, Quba, Bakı, Lənkəran, Salyan və Naxçıvan şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR