Prezident Administrasiyasının şöbə müdiri: “Gürcüstanda, eləcə də Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var” - VİDEO

Prezident Administrasiyasının şöbə müdiri: “Gürcüstanda, eləcə də Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var” - <font color=red>VİDEO</font>
# 21 may 2012 09:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Təəssüflər olsun ki, bəzi dairələr Gürcüstan-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən narahatdırlar. Ona görə də Keşikçi dağ məbədi məsələsini qabardırlar”.

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib. Ə. Həsənov bildirib ki, məbədin yerləşdiyi ərazi Azərbaycan ərazisidir. Onun sözlərinə görə, Gürcüstanda, eləcə də Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var.

Elman Abdullayev isə bu məsələnin Gürcüstan kütləvi informasiya vasitələri tərəfindən şişirdildiyini deyib: “Keşikçi dağ məbədi ilə bağlı məsələ hökumətlərarası komissiya tərəfindən həll olunmalıdır. Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı problem, mübahisə yoxdur. Qeyd olunan məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirə olunur. Keşikçi dağ məbədi ilə bağlı məsələ hüquqi-normativ baza əsasında həllini tapmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR