Bakıda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Bakıda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb
# 24 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları Xəzər rayonu, Buzovna qəsəbəsi, ev B-2001 123 ünvanında yerləşən, fiziki şəxs Zakir Ağacavad oğlu Cavadova məxsus (VÖEN 1200484302) «Əli Market» ərzaq mağazasında əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Z.Cavadovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun bu ilin avqust ayında 4 486 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə avqust ayının 13-də borc bildirişi göndərilib, sentyabrın 17-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi Z.Cavadova məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Sentyabr ayının 18-də vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə məxsus «Əli Market»də 4 505 manat məbləğində müxtəlif növ alkoqollu içki və tütün məmulatları, həmçinin məişət texnikası və avadanlığın müvafiq qaydada siyahıya alınması həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR