Azərbaycanda ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 20 mini keçib

Azərbaycanda ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 20 mini keçib
# 10 aprel 2012 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi Mərkəzi Bank və digər banklarla birlikdə ölkədə ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması, o cümlədən ticarət mərkəzlərində və digər aidiyyəti obyektlərdə POS-terminalların quraşdırılması istiqamətində tədbirləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ölkənin paytaxtındakı ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə bölünüb.

Vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi cəhətdən köməklik göstərirlər. Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri maarifləndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.

Digər vacib məqam prosesinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan POS-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatının mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənib və POS-terminalların vergi orqanlarında on-line rejimdə qeydiyyata alınması təmin olunur.

Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə aprelin 9-a kimi qeydiyyata alınmış POS-terminalların sayı 20 mini keçib ki, bunun 18 604-ü və ya 93%-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Məlumat üçün bildirək ki, fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11 933, Bakı şəhərində isə 11 156 olub.

Aktiv POS-terminalları olan bank ekvayerlərinin siyahısı (ölkə üzrə, 09.04.2012)


Bankın adı

POS-terminalların
sayı

1

Azərbaycan Beynəlxalq Bankı

2 716

2

Texnikabank

2 458

3

Zamin Bank

1 853

4

Bank Standard

1 781

5

Atabank

1 775

6

Dəmirbank

1 771

7

Bank of Baku

1 288

8

AFB BANK

1 076

9

Bank of Azerbaijan

591

10

AGBank

562

11

Kapital Bank

473

12

Rabitəbank

398

13

Azərbaycan Sənaye Bankı

396

14

Bank Respublika

372

15

Muğan Bank

357

16

Amrahbank

353

17

Unibank

230

18

Parabank

229

19

Turanbank

157

20

Express Bank

144

21

Yapı Kredi Bank Azərbaycan

144

22

Paşa Bank

138

23

United Credit Bank

101

24

Atra Bank

92

25

Debüt Bank

84

26

Kredobank

80

27

Bank Nikoil

65

28

Bank Avrasiya

53

29

Access Bank

51

30

Royal Bank

44

31

Azər-Türk Bank

41

32

Xalq Bank

41

33

Bank Silk Way

38

34

NBC Bank

30

35

Deka Bank

10

36

BANK BTB

5

37

Azərbaycan Kredit Bankı

2

38

VTB Azərbaycan

2

39

Eurobank

1

40

ABN Amro Bank Amsterdam

1

41

Gəncəbank

1

42

JP Morgan Chase Bank London

1

43

Qafqaz Inkişaf Bankı

1

44

Standard Bank London

1

CƏMİ

20 007

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR