Ukrayna prezidentinin müşaviri: “Donbasda silahlı qruplaşmalara qarşı mübarizə davam etdiriləcək”

Ukrayna prezidentinin müşaviri: “Donbasda silahlı qruplaşmalara qarşı mübarizə davam etdiriləcək”
# 17 sentyabr 2014 13:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonlarına xüsusi status verilməsi haqqında qanunun qəbulu antiterror əməliyyatlarının dayanması demək deyil.

APA - nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin müşaviri, “Batkivşina” fraksiyasından olan deputat Nikolay Tomenko deyib.

Onun sözlərinə görə, Donbas bölgəsində silahlı qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.

Bu ərazilərin üçillik statusu haqqında danışan N. Tomenko qeyd edib ki, bu, maksimal müddətdir: “Vəziyyətin dəyişəcəyi halda statusun müddəti Ali Rada tərəfindən dayandırıla bilər. Həm də bunu demək vacibdir ki, Ukraynada prezident seçkiləri zamanı seçicilər Pyotr Poroşenkonun sülh planına səs verdilər, üçillik müharibə planına yox. Bu qanunun qəbulu o demək deyil ki, biz antiterror əməliyyatını və Ukrayna silahlı qüvvələrinin inkişafını dayandırırıq. Silahlı qüvvələrimizin bu gün yeni növ silahlara, hazırlığa və müasir orduya çevrilməsinə ehtiyac var”, – deyə prezident müşaviri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR