Nazirlik: “Hər evə optika” layihəsinin icrasına 2015-ci ildə başlanılacaq

Nazirlik: “Hər evə optika” layihəsinin icrasına 2015-ci ildə başlanılacaq
# 01 dekabr 2014 10:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda və Azərbaycanın regionlarında “Hər evə optika” prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkilini nəzərdə tutan layihənin reallaşdırılmasına 2015-ci ildə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin Elmir Vəlizadə bildirib.

Nazir müavini deyib ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi layihəyə maliyyə dəstəyinin ayrılmasını gözləyir: “Layihə çərçivəsində fiber-optik kabel xətlərinin çəkilməsi nəzərdə tutulur. Dağlıq ərazilərdə isə kosmik peykimizin imkanlarından istifadə olunacaq”.

Layihənin müddətinin üç il olduğunu qeyd edən E. Vəlizadə bildirib ki, onun birinci ilinin nəticələri digər illər üçün özül olacaq. “Yəni layihənin ilk ilindən əldə olunacaq vəsaitlərin reinvestisiya olunmasını nəzərdə tuturuq”, - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, “Hər evə optika” prinsipini nəzərdə tutan layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 Mbit/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 Mbit/s, qəsəbə və kənd yerlərində 10 Mbit/s və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin edilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR