® Gələcəyin təhsili belə olacaq

<font color=red>® </font>Gələcəyin təhsili belə olacaq
# 04 dekabr 2014 07:30 (UTC +04:00)

Yaxın illərdə özünüz o planşetin uşağınızın əlindən düşməməsini istəyəcəksiniz.

Çünki ABŞ-ın texnologiya nəhəngi Intel şagird və tələbələr üçün dərs vəsaitini, müəllimlərin dərs metodikasını planşet-noutbuklara yerləşdirib. Hələlik Lenovo, Acer və Asus markalarına məxsus, Intel bazasında olan 2-si 1-ində cihazları bir düyməni basmaqla şagirdlərin tapşırıq hazırladıqları noutbukdan ekskursiyalar və sinifdənxaric tədbirlər zamanı istifadə edə biləcəkləri planşetə çevrilir.

Intel bu cihazlarla iş metodikasını Bakutel 2014 Beynəlxalq Sərgisində təqdim edib.

Şirkətin xüsusi təchiz olunmuş stend-meydançasında “1 şagird: 1 kompüter” tədris mühiti nümayiş olunub. Burada şagirdin əsas dərs vəsaiti kompüter, tədris metodu isə şəbəkə texnologiya və servisləri, məlumat axtarışı sistemi və rəqəmsal obyektlərin yaradılmasıdır. Intel «Gələcək üçün tədris» proqramının pedaqoqları burada Bakı şəhərinin müxtəlif məktəblərindən olan şagirdlərə açıq dərs keçiblər. Dərsdə 2-si 1-ində universal cihazlardan, Intel Core prosessoru bazasında olan interaktiv lövhədən və Intel Education proqram təminatından istifadə edilib.

Dərsdə istifadə edilən Intel Education 2-si 1-ində cihazının baza dizaynı planşetlərin mobilliyini və noutbukların performans və erqonomikliyini özündə cəmləyib. Cihaz Intel Atom dördnüvəli prosessoru bazasında məhz məktəblilər üçün yaradılıb və Windows 8.1 əməliyyat sistemi ilə çalışır. 7,8 saat əlavə enerji qaynağı olmadan planşet rejimində və əlavə olaraq, 3 saatdan çox da dok-stansiyaya birləşmiş halda işləyərək, gün boyu şagirdlərin istifadəsində olacaq. Cihazın korpusu 70 sm hündürlükdən düşməyə davam gətirə bilir, maye və tozdan müdafiəsi isə şagirdlərə onu planşet və ya noutbuk kimi həm məktəbdə, həm də məktəbdən kənarda işlətməyə imkan verir. McAfee Antivirus Plus proqramı isə cihazın İnternetdə təhlükəsizliyini qoruyur.

Promethean ActivBoard 587 bir neçə şagirdin eyni zamanda işləyə bildiyi interaktiv lövhədir.

21-ci əsrin şagirdi daha fərqli xüsusiyyətlərə malik olmalıdır. Intel Education proqram təminatının qarşıya qoyduğu məqsəd də elə budur.

“Daha ünsiyyətcil, komandada işləyə bilən, yüksək yaradıcılıq qabiliyyətinə, tənqidi təfəkkürə və rəqəmsal savada malik şagirdlər gələcəkdə ölkə iqtisadiyyatının əsası olan savadlı kadrlar deməkdir. Bütün dünyada təhsilin və sosial sahənin inkişafına yönələn yeniliklərin tətbiqində Intel dövlət qurumları və ictimai təşkilatlarla əməkdaşlığa xüsusi üstünlük verir» - bunu Intel korporasiyasının vitse-prezidenti Con Deyvis bildirib.

Qeyd edək ki, Intel 2006-cı ildə Azərbaycanda Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil işçilərinin müstəqil həmkarlar Təşkilatı, həmçinin Gənclər və İdman Nazirliyi, “Mədəd Azərbaycan» təşkilatı ilə birgə bir sıra proqram və layihələr həyata keçirir. 2006-cı ildən indiyədək Intel «Gələcək üçün tədris» proqramı çərçivəsində 30 000 müəllim və sosial-pedaqoji ixtisaslı tələbə təlim keçib. “1 şagird: 1 kompüter” pilot tədris modeli çərçivəsində Intel korporasiyası Azərbaycanın 16 məktəbinə 400 mobil personal Сlassmate PC şagird kompüteri hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR