Quran kitabını yandırmış keşiş Terri Cons Kanadaya buraxılmayıb

Quran kitabını yandırmış keşiş Terri Cons Kanadaya buraxılmayıb
# 12 oktyabr 2012 02:44 (UTC +04:00)
Bakı-APA. Kanada sərhədçiləri amerikalı keşiş Terri Consu ölkəyə buraxmayıblar. Keşişin avtomobili Vindzor sərhəd məntəqəsində saxlanılıb. Onunla ətraflı söhbətdən sonra sərhədçilər keşişin Kanadaya girməsinə icazə verməyiblər. Kanada vətəndaşlıq və immiqrasiya nazirliyinin nümayəndələri sərhədçilərin öz səlahiyyətləri daxilində hərəkət etdiklərini bildiriblər.

Keşiş Terri Cons dəfələrlə Qurani-Kərimi yandırmaqla gündəmə gəlmiş şəxsdir. O həmçinin müsəlman ölkələrində qəzəbli reaksiyaya səbəb olmuş «Müsəlmanların məsumluğu» filminin prodüseridir.

Bu ilin sentyabrında Almaniya da Terri Consun bu ölkəyə daxil olmasını qadağan etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR