İordaniya mətbuatı ABŞ və İsrailin mayın 9-da İran və Suriyaya hərbi müdaxilə edəcəyini yazıb

İordaniya mətbuatı ABŞ və İsrailin mayın 9-da İran və Suriyaya hərbi müdaxilə edəcəyini yazıb
# 07 may 2012 09:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Amerika İsraillə birlikdə mayın 9-da İran və Suriyaya eyni vaxtda hərbi müdaxilə edəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İordaniyada nəşr olunan “Əl-Həyat” jurnalı yazıb. Jurnal hücum zamanı İranın yüzlərlə strateji mərkəzinin raketlərlə vurulacağını qeyd edib: “Bununla bağlı xüsusilə Əfqanıstandakı ABŞ hərbçiləri hazır vəziyyətə gətirilib. Elə ABŞ prezidenti Barak Obamanın Əfqanıstana gözlənilməz səfəri də bu hücumla əlaqədar olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR