“Avesta” Konserni beynəlxalq əlaqələri genişləndirir - FOTO

“Avesta” Konserni beynəlxalq əlaqələri genişləndirir - <span style="color: red;">FOTO
# 23 iyul 2014 11:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Khazar Islands” və “Gold City” layihələrini gerçəkləşdirən “Avesta” Konserni bu istiqamətdə beynəlxalq əlaqələrini də genişləndirir.

Konsernin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 3- 5-də Türkiyədə rəsmi səfərdə olan konsern rəhbərliyi burada bir sıra mühüm görüşlər keçirib. Türkiyənin “Nurol Holding”, “Türkerler Holding”, “Galpan” kimi iri şirkətləri ilə keçirilən görüşlərdə əsasən inşaat texnologiyaları, metal konstruksiya, energetika, investisiya mövzularında qarşılıqlı anlaşmalar əldə olunub.

İyulun 7-dən etibarən Haci İbrahim Nehrəmlinin başçılığı altında İtaliyada rəsmi səfərdə olan nümayəndə heyəti burada da bir sıra vacib görüşlər keçirib. “Luca Dini Design”, “Luca Baldi”, “Stefano Ricci”, “Lamborghini”, “Benetti”, “Zanaboni”, “Provasi”, “CIAC” kimi İtaliyanın məhşur şirkətlərinin rəhbərləri nümayəndə heyətini yüksək səviyyədə qarşılayıb, həm rəsmi, həm də qeyri-rəsmi görüşlər keçirilib. Burada bir sıra memorandumlar imzalanıb, birgə fəaliyyət barədə razılıqlar əldə olunub.

Həmçinin qeyd olunan bütün şirkətlərin rəhbərləri sentyabr ayında Hacı İbrahim Nehrəmlinin şəxsi dəvəti ilə Bakıda səfərdə olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR