Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsi üzrə layihə qəbulu başa çatıb

Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsi üzrə layihə qəbulu başa çatıb
# 17 iyul 2012 11:27 (UTC +04:00)
Müsabiqədə iştirak etmək üçün gənclər Fondun saytında ( www.youthfoundation.az ) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməlidir. Müsabiqə Fondun saytında qeyd olunan 5 kateqoriya – A, B, C, D və E kateqoriyaları üzrə keçirilib. A, B və C kateqoriyaları üzrə layihə qəbulu 15 iyul tarixində dayandırılmışdır. Digər 2 kateqoriya üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunur. Ümumilikdə Fondun saytında 172 təşkilat və 83 nəfər gənc individual formada qeydiyyatdan keçiblər.
A kateqoriyası – yerli layihələr üzrə gənclərin daha çox marağına səbəb olmuş və bu kateqoriya üzrə 127 layihə təklifi gəlib. Digər kateqoriya B – beynəxalq layihələr üçün nəzərdə tutulub və məhz bu kateqoriya üzrə 19 layihə təklifi qəbul olunub. Növbəti kateqoriya C kateqoriyası - yaradıcı gənclərə dəstək layihələri istiqamətindədir. Bu kateqoriya üzrə isə 19 müraciət olub. Fondun saytında qeyd olunmuş digər 2 kateqoriya D və E kateqoriyaları üzrə mütəmadi olaraq müraciətlər qəbul olunur. D kateqoriyası gənc alimlərin, ictimai fəal istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və hal-hazırda bu kateqoriya üzrə 11 müraciət gəlib. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çox sayda xarici vətəndaşlar və təşkilatlar maraqlanıb, lakin hələ rəsmi müraciət olmayıb.

Hal-hazırda Fondun əməkdaşları tərəfindən layihə təkliflərinin siyahıları hazırlanır. Fonda gəlmiş bütün müraciətlər baxılması üçün Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasına təqdim olunacaq. Müşahidə Şurasının qərarından sonra iyul ayının sonunda qalib layihələrin siyahısı Fondun saytında yerləşdiriləcək və mətbuata açıqlanacaq.

Fonda daxil olan layihələrin siyahısı ilə bu ünvanda http://youthfoundation.az/layih%C9%99-q%C9%99bulu-basa-catdi-2/ tanış olmaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR