“Bank of Baku” tərəfdaş KİV-ləri təltif edib - FOTOSESSİYA

“Bank of Baku” tərəfdaş KİV-ləri təltif edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 oktyabr 2014 14:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu il 20 illiyini qeyd edən “Bank of Baku” əməkdaşlıq etdiyi media qurumları ilə görüş keçirib.

APA-Economics”in məlumatına görə, görüşə “Bank of Baku”nun Müşahidə Şurası, İdarə Heyətinin üzvləri və bankın əməkdaşlıq etdiyi yerli media qurumlarının rəhbərləri və jurnalistlər qatılıblar.

Tədbiri giriş sözü ilə açan bankın Müşahidə Şurasının sədri Elçin İsayev qeyd edib ki, bank 20 illik uzun bir yolu Azərbaycan mediası ilə birgə qət edib. O, bankın tərəfdaşı olan kütləvi informasiya vasitələrinin hər zaman çeviklik, operativlik, etibarlılıq və işgüzar yanaşma nümayiş etdirdiklərini söyləyib. E. İsayev media tərəfdaşlarına illər boyu “Bank of Baku”ya dəstək olduqlarına, uğurlu və qarşılıqlı əməkdaşlığa görə təşəkkür edib.

Daha sonra tədbir iştirakçıları XIX əsrdən bu günə kimi Azərbaycan mətbuatının inkişafından, müxtəlif mərhələlərdə inkişaf tendensiyaları və cəmiyyətə verdiyi töhfələrdən bəhs edən kiçik metrajlı filmi seyr ediblər.

Daha sonra tanınmış Türkiyəli jurnalist Güneri Civaoğlu çıxış edib. Uzun illər Türkiyənin aparıcı qəzet və televiziya kanallarında çalışan G. Civaoğlu öz həyat və işgüzar təcrübəsi, media uğurundan danışıb.

Daha sonra tədbir iştirakçıları “Bank of Baku”nun 20 illiyi münasibətilə çəkilmiş yeni imic çarxının ilk tamaşaçıları olub. Bu çarx bankın illər boyu hər zaman qorunan mənəvi dəyərlərindən bəhs edir.

Tədbirdə “Bank of Baku” ilə əməkdaşlıq edən yerli KİV rəhbərlərinə uğurlu əməkdaşlığa görə xüsusi diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə başa çatıb.

Hər zaman KİV-lərlə münasibətlərə xüsusi önəm verən “Bank of Baku” inanır ki, bu münasibətlər gələcəkdə də müsbət müstəvidə inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR