Ağstafada qatar kənd sakinini vuraraq öldürüb

Ağstafada qatar kənd sakinini vuraraq öldürüb
# 15 dekabr 2014 09:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ağstafa sakinini qatar vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 14-də saat 09.00 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində baş verib.

Böyük Kəsik - Gəncə elektrik qatarı Yuxarı Göyçək kənd sakini Süleyman Rəhimovu vurub. S. Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR