Azərbaycanın səhiyyə sahəsində daha bir yeniliyə imza atılıb

Azərbaycanın səhiyyə sahəsində daha bir yeniliyə imza atılıb
# 10 dekabr 2012 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın səhiyyə sahəsində daha bir yeniliyə imza atılıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, tibbi müayinə kartının online sifarişi tətbiq edilib. Belə ki, Azərbaycanda vətəndaşlar tibbi müayinə kartının online sifarişini e-xidmət vasitəsilə Gigiyena və Epidemiologiya Mərkəzinə getmədən verə bilərlər.

Bunun üçün vətəndaşlar http://e-sehiyye.gov.az/az/register/tmks ünvanına daxil olmalıdır. Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR