“Nargis” jurnalının ilk nömrəsinin təntənəli təqdimatı keçirilib - FOTOSESSİYA

“Nargis” jurnalının ilk nömrəsinin  təntənəli təqdimatı keçirilib     - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 21:09 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Bakı Biznes Mərkəzidə “Nargis” jurnalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır. Moda və incəsənət aləmində oxucunun əsl bələdçisinə çevriləcək rus dilində çap edilən bu jurnalda modaya aid hər şeyi tapmaq olar. Bu nəşrin səhifələrində mövsümün yenilikləri, dəb aləmində müasir tendensiyalar, kübar həyat, afişalar və s. tanış olmaq mümkündür. “Nargis” oxucuları həm də incəsənət aləmində baş verən yeniliklər barəsində dolğun məlumat ala biləcəklər.

Belə ki, jurnalda istedadlı heykəltaraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılığı haqqında məqalələr yer alacaq. Nəfis tərtibatı, zövqlü dizayn ilə Azərbaycan mətbuatına yenilik gətirən “Nargis” jurnalı baş redaktorun anası - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevanın şərəfinə olaraq “Nargis” adlanır və üz qabığında onun şəkli verilib. Jurnalının təqdimatının dekabrın 13-də keçirilməsi də təsadüfi deyildir – məhz bu gün Nərgiz Paşayeva öz ad günün qeyd edir. İlk nömrədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın eksküliziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb.

Jurnalın səhifələrində həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub. Jurnal ingilis dizaynerləri tərəfindən hazırlanıb. Lakin “Nargis” – sadəcə təsvir və mətnlər demək deyildir, bu, yeni adlar, üslub və dizaynın yeni çalarları, yeni hədəf və imkanlar deməkdir. Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək. “Nargis”in hər buraxılışında Azərbaycan və dünyanın məşhur ulduzları ilə eksklüziv müsahibələr, maraqlı məqalələr dərc olunacaq. 5000 nüsxə ilə dərc olunan jurnalın Moda (Fashion), Mədəniyyət (Culture), Simalar (People), Sağlamlıq və Gözəllik (Health and Beaty), Həyat tərzi (Lifestyle) kimi rubrikalarında müvafiq sahələrə aid ən son xəbərlərlə tanış olmaq mümkündür. Jurnalın yaradıcı kollektivi həm Azərbaycanda, həm də xaricdə mövcud olan digər nəşrlərlə müqayisədə daha üstün və unikal məhsul yaratmağı qarşısına məqsəd qoyub. Tədbir müasir musiqi ilə yanaşı norveçli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının sərgisi, Bakıdakı Jan Modalar Evinin yeni modellərinin nümayişi və DJ Mansurun iştirakı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR