Bank Of Baku

Yılmaz Özdil: Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, bu Fələstinə görə Azərbaycanı üzürük?

türkiyəli jurnalist və yazar Yılmaz Özdil

© APA | türkiyəli jurnalist və yazar Yılmaz Özdil

# 03 noyabr 2026 13:24 (UTC +04:00)

“Dünyada Türkiyəni tək sevən ölkə Azərbaycandır. “Bir millət, iki dövlət”, ancaq görünən odur ki, Azərbaycanla belə münasibətlərimiz pozulmaq üzrədir. Xarici işlər nazirimiz Bakıda ərəb ölkələrinin nümayəndələri ilə birlikdə zalı tərk edir”.

APA xəbər verir ki, bunu türkiyəli jurnalist və yazar Yılmaz Özdil özünün “YouTube” kanalında bildirib.

O, iki ölkə arasında son baş verən hadisələrin Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi ilə bir o qədər bağlı olmadığını vurğulayıb.

“Əslində, məsələ daha dərin və başqadır. Hisslərimizi bir kənara qoyub, konkret xronologiyaya baxaq. Azərbaycan İsraillə hərbi əməkdaşlıq sazişi imzalayıb. Həmin ərəfədə Ermənistanda, İrəvanda biznes forumun açılışı keçirilirdi və bu forumun açılışına sadəcə iki ölkə qatılmışdı – Ermənistan və İran. Çünki bu forum Ermənistanın idi. Eyni gündə. Yəni, İran Ermənistanın yanında, İsrail isə Azərbaycanın yanında dayanır. Çünki həyata daima öz paytaxtlarından baxırlar - yəhudi İsraillə müsəlman Azərbaycan, müsəlman İranla xristian Ermənistan. Çünki bizdən başqa heç kim dünyaya din, məzhəb pəncərəsindən baxmır. Hamı dünyaya öz paytaxtından baxır, hamı öz xalqının maraqlarından çıxış edir: Bakı ilə Təl-Əviv, Tehranla İrəvan. Yaxınlığımızda belə dərin ittifaqlar qurulur, bizim üçün isə məsələ Fələstindir, hicabdır. Azərbaycanın milli dövlət inşasına artıq burnumuzu soxuruq. Bizim canımız Azərbaycanla gərginlik yaşadığımız bu dövrdə - bu gərginlik də Fələstinə görə baş verib – Fələstin Prezidenti Mahmud Abbas hara getdi?! Mahmud Abbas düz 29 oktyabrda – Türkiyənin Cümhuriyyət günündə Yunan Kiprinə səfər etdi. Görünür günü xüsusən seçib. Şimali Kipri yox sayıb, Yunan Kiprinin yanında dayanır. Biz bu Fələstin üçün Azərbaycanı üzürük? Eləmi?”, - Yılmaz Özdil qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR