Polşalı ekspertlər Azərbaycanın qiymətli kağızlarla bağlı qanunvericiliyini araşdıracaq

Polşalı ekspertlər Azərbaycanın qiymətli kağızlarla bağlı qanunvericiliyini araşdıracaq
# 22 noyabr 2012 11:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin (AB) qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı» Tvinninq layihəsi ölkədə fəaliyyət göstərən emitentlərə stimul verəcək. «APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən sözügedən layihənin təqdimat mərasimində çıxış edən Polşa Maliyyə Nəzarəti Agentliyinin nümayəndəsi xanım İlona Pyeçiynska-Çernı bildirib.

Onun sözlərinə görə, layihə 3 komponentdən ibarətdir ki, bura qanunvericiliyin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması; qayda və təkliflərin hazırlanması, seminar və treninqlərin təşkili; investorların bilik səviyyəsinin artırılması daxildir: «Layihənin icrası çərçivəsində 40 missiyanın Azərbaycana səfəri gözlənilir ki, bu səfərlər zamanı ölkədə hazırkı qanunvericilik araşdırılacaq və fərqlər müəyyənləşdiriləcək».

Qeyd edək ki, AB tərəfindən maliyyələşdirilən bu layihə Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçiriləcək. Layihənin maliyyələşdirilməsi üçün AB tərəfindən 1 mln. avro məbləğində qrant ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR