İranın neft nazirinin OPEC-in iclasından müsbət nəticə gözləməsi nefti bahalaşdırıb

İranın neft nazirinin OPEC-in iclasından müsbət nəticə gözləməsi nefti bahalaşdırıb
# 30 noyabr 2016 09:58 (UTC +04:00)

İranın neft naziri Bidcan Nəmdar Zanqanenin OPEC-in bu gün Vyanada keçiriləcək görüşündən “müsbət nəticə” gözləməsi neftin bahalaşmasına səbəb olub.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,43 dollar artaraq 46,66 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,13 dollar artaraq 47,51 dollar olub.

İclasla bağlı Müsbət fikrilər səsləndirən B. Zanqane buna baxmayaraq neft qiymətlərinin cari səviyyələrində hasilatın dondurulması və ya azaldılmasını İran üçün uyğun hesab etmədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR