«İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşınması 5%, sərnişin daşınması isə 8% artıb

«İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşınması 5%, sərnişin daşınması isə 8% artıb
# 22 dekabr 2012 14:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında «İpək yolu» nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan ərazisində 47 mln. ton yük və 216,3 mln. nəfər sərnişin daşınıb.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə TRACECA dəhlizi ilə yükdaşımanın həcmi 5,3%, sərnişindaşımanın həcmi isə 8% artıb.


«Yüklərin 17,6 mln. tonu və ya 37,6%-i dəmir yolu nəqliyyatı, 8,6 mln. tonu və ya 18,2%-i dəniz nəqliyyatı, 20,8 mln. tonu və ya 44,2%-i avtomobil nəqliyyatı ilə daşınıb», - deyə Komitədən bildirilib.


Yük daşımaları fəaliyyətindən 355,8 mln. manat, sərnişin daşınmasından isə 68 mln. manat gəlir əldə olunub ki, bu da 2011-ci ilin ilk on ayı ilə müqayisədə müvafiq olaraq 18,1% və 9,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR