Hüseyn Bağırov İsmayıllıda vətəndaşları qəbul edib

Hüseyn Bağırov İsmayıllıda vətəndaşları qəbul edib
# 25 noyabr 2016 07:49 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 25-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qəbələ, Oğuz və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR