Misir prezidenti müxalifəti dialoqa çağırıb

Misir prezidenti müxalifəti dialoqa çağırıb
# 07 dekabr 2012 00:31 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mursi müxalifəti dialoqa çağırıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, televiziya ilə çıxış edən Mursi müxalifət liderlərini milli dialoq keçirməyə çağırıb.

Misir prezidentinin siyasi opponentləri ilə görüşü dekabrın 8-nə təyin olunub.

O deyib ki, yeni konstitusiya ilə bağlı referendum təyin olduğu kimi, dekabrın 15-də keçiriləcək.

Mursi bəyan edib ki, özünə geniş səlahiyyətlərin verilməsi barədə öz qərarını ləğv etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR