Beynəlxalq təşkilat Azərbaycanda sosial xidmətlərə olan ehtiyacı müəyyənləşdirəcək

Beynəlxalq təşkilat Azərbaycanda sosial xidmətlərə olan ehtiyacı müəyyənləşdirəcək
# 27 dekabr 2012 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda əlilliyi olan uşaqlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, yeni fəaliyyətlərin tətbiq edilməsi ilə bağlı yeniliklər nəzərdə tutulur. Bu barədə APA-ya açıqlama verən UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiə proqramının rəhbəri Munir Məmmədzadə deyib ki, bununla bağlı beynəlxalq təşkilat tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Onun sözlərinə görə, bu il BMT-nin uşaq hüquqları üzrə komitəsi tərəfindən Azərbaycana bir sıra tövsiyələr təqdim edilib. Bunların icrası ilə bağlı müvafiq təşviqat işləri aparılacaq.

M.Məmmədzadə qeyd edib ki, Azərbaycanda yeni qəbul edilən “Sosial xidmətlər haqqında” qanunun icrası ilə bağlı müvafiq işlər görülür: “Sosial xidmətlərə olan ehtiyacı müəyyən etmək üçün UNİCEF tərəfindən bütün ölkə üzrə xəritələşmə sorğu aparılacaq. Hazırda əlavə sosial xidmətlərə ehtiyacı olan uşaqlar barədə kifayət qədər məlumat yoxdur. Bu sorğunun nəticəsində dövlətə tövsiyə və tədbirlər planı təqdim olunacaq. Hər bir rayonda uşaqlar üçün hansı sosial xidmətlərə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR