Yaponiyada iki güclü zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb

Yaponiyada iki güclü zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb
# 22 noyabr 2014 17:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, yerli NHK telekanalı Xakuba yaşayış məntəqəsində qeydə alınmış zəlzələ nəticəsində azı 10 nəfərin xəsarət aldığını bildirib. Bundan başqa, qeyd olunan kəndə 5 ev uçub, 4 nəfərin hələ də uçqun altında qaldığı bildirilir. Xilasedicilər bir nəfəri uçqun altından çıxarmağa müvəffəq olublar. Xakuba və Oqava kəndlərində su və istilik xətləri sıradan çıxıb.

Naqano prefekturasında indiyədək afterşoklar qeydə alınır, yer sürüşmələrinin və dağ ərazilərdə uçqunların baş vermə təhlükəsi var. Dünyanın ən iri “Kasivadzaki Kariva” atom elektrik stansiyasının operatoru zəlzələnin obyektə heç bir zərər vurmadığını qeyd edib. Bununla belə, AES-də hazırda reaktorların hamısı profilaktikaya dayandırılıb.

Qeyd edək ki, bu gün Naqano prefekturasında 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR