Ukraynaya maliyyə və hərbi yardım mövzusu müzakirə olunub

Ukraynaya maliyyə və hərbi yardım mövzusu müzakirə olunub
# 21 aprel 2015 00:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

Söhbət zamanı ABŞ tərəfindən Ukraynaya maliyyə və hərbi-texniki yardımın ayrılması məsələləri diqqət mərkəzində olub.

“Tərəflər müdafiə sahəsində gələcək addımları, o cümlədən Ukraynaya əlavə hərbi yardımın ayrılmasını müzakirə ediblər. Prezident P.Poroşenko ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi və birgə “Fearless Guardian” hərbi təlimlərin keçirilməsinə görə Cozef Baydenə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bununla tərəfdaşlığın strateji əhəmiyyəti nümayiş etdirilib”, sənəddə deyilir.

Cozef Bayden qeyd edib ki, ABŞ 2015-ci ildə maliyyə dəstəyi çərçivəsində Ukraynaya 1 milyard dollar kredit zəmanəti ayırmağa hazırdır. ABŞ vitse-prezidenti Donbasda hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərə və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi üçün layihələrin maliyyələşdirilməsindən də danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR