Latviya paytaxtında "Bakı ritmləri Riqanın qəlbində" adlı sərgi təşkil olunub - FOTO

Latviya paytaxtında "Bakı ritmləri Riqanın qəlbində" adlı sərgi təşkil olunub - <span style="color: red;">FOTO
# 22 may 2015 06:54 (UTC +04:00)

APA-nın Riqaya ezam olunmuş müxbiri xəbər verir ki, sərgi Riqa meriyası, Xarici İşlər Nazirliyi və Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən təşkil olunub.

Açıq havada keçirilən açılış mərasimində Latviyada yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç iki ölkə arasında münasibətlərin sürətlə inkişafından danışıb.

Riqanın vitse-meri Andris Amerkas çıxışında bir ay əvvəl Bakıda olduğunu və şəhərin sürətlə dəyişərək gözəlləşdiyini deyib. O, münasibətlərin və turizmin inkişafı baxımından bu sərginin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki ölkə və xalqlar arasında gözəl münasibətlərin olduğunu deyib: "Biz bu dostluğu yüksək qiymətləndiririk. Bu dostluğu, əməkdaşlığı daha da gücləndirmək üçün çalışacağıq".

Daha sonra sərgiyə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR