Gürcüstanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Gürcüstanın mədəniyyət naziri Azərbaycana səfər edəcək
# 14 noyabr 2014 11:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Noyabrın 18-19-da Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze Azərbaycana səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində Gürcüstan və Azərbaycan mədəniyyət nazirlərinin görüşü olacaq.

Noyabrın 18-də Azərbaycan İncəsənət Muzeyində gürcü rəssamlarının rəsm əsərlərinin təqdimatı, noyabrın 19-da isə Xalça Muzeyində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə Tiflisdə nəşr olunan “Azərbaycan xalçaları” kataloqunun təqdimatı keçiriləcək.

Bu gün Azərbaycana səfər ərəfəsində Gürcüstanın yeni təyin edilən mədəniyyət və abidələrin mühafizəsi naziri M. Georqadze Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR