Bakının 3 rayonunda qazın verişində fasilələr yaranacaq

Bakının 3 rayonunda qazın verişində fasilələr yaranacaq
# 23 avqust 2014 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı şəhərinin üç rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib. Məlumata görə, təmir işləri ilə əlaqədar bu gün işlər başa çatanadək paytaxtın Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə təbii qazın verişində fasilələr olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR