ABŞ İŞİD-ə zərbələr endirmək üçün Türkiyəyə daha altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib - VİDEO

ABŞ İŞİD-ə zərbələr endirmək üçün Türkiyəyə daha altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 03:25 (UTC +04:00)

Bakı-APA. ABŞ İŞİD terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə zərbələr endirmək üçün Türkiyənin “İcirlik” aviabazasına əlavə olaraq altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa üzrə komandanlığının bəyanatında bildirilir.

“Biz Türkiyənin hava məkanının suverenliyinin qorunmasında və İŞİD-i zəiflədərək tamamilə məhv edilməsində birgə səylərə dəstək məqsədilə türkiyəli tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdiririk”, deyə bəyanatda qeyd olunur.

Təyyarələrin Böyük Britaniyadan göndərildiyi vurğulanır.

Qeyd edək ki, ABŞ bir neçə gün əvvəl Türkiyənin “İcirlik” aviabazasında altı ədəd “F-15C” və bir qrup “A-10” tipli döyüş təyyarələrini yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR