DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb
# 10 oktyabr 2014 10:19 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv/m olan 1-ci mərtəbəsində yanğın baş verib.

Nəticədə ticarət mərkəzinin yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR