Bank Of Baku

Siyəzəndə qəza törədib qaçan sürücü tutulub

Siyəzəndə qəza törədib qaçan sürücü tutulub
# 12 iyun 2019 10:35 (UTC +04:00)

Siyəzəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. “Mitsubishi Pajero” markalı, 90-FO-808 dövlət qeydiyyat nişanlı avtomobil dəmir məhəccərlərə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Cəlalə Qurbanova aldığı xəsarətlər hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qaçan sürücü, 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov olması müəyyənləşib və o saxlanıb.  

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR