“Rabitəbank” “VİSA Gold” kart istifadəçilərinə endirim kampaniyasına başlayıb

“Rabitəbank” “VİSA Gold” kart istifadəçilərinə endirim kampaniyasına başlayıb
# 09 iyun 2016 12:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank”ın müştəriləri artıq alış – verişdən daha da çox zövq alacaqlar, çünki “Rabitəbank”ın “Visa Gold” kartı ilə aparılan ödənişlər öz sahiblərinə 20%-dək endirim qazandıracaq.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Rabitəbank”ın “Visa Gold” kartı ilə müştərilər dekabrın 31-dək “Visa imtiyazlar dünyasını kəşf et” kampaniyasında iştirak edərək “Optimal Electronics” məişət texnika mağazalar şəbəkəsində 20%, “MyBrands” mağaza şəbəkələrindən 15%, “Beauttech” gözəllik salonların şəbəkəsindən 10% və digər istirahət mərkəzlərindən 20%-dək endirimlər əldə edəcəklər.

Kampaniyadan yararlanmaq üçün “Visa Gold” kartı ilə ödəniş etmək kifayətdir.

Kampaniya haqqında ətraflı məlumatı www.visapremium.com eləcədə www.visa.com.az, saytlarından əldə edə bilərsiniz. Maraqlanan şəxslər Visa Gold kartını “Rabitəbank”ın istənilən filialından əldə edə bilər. “Rabitəbank”ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün bu linkdən keçməyiniz xahiş olunur.

http://www.rabitabank.com/az/service_network/Branch_Network

Xatırladaq ki, “Rabitəbank”ın “Visa Gold” kart sahibləri Mobil/İnternet-Bankçılıq və Pin-Dəyişmə xidmətlərindən pulsuz yararlana bilərlər. “Visa Gold” bank kartına minimal mədaxil etdikdə, kart müştəriyə pulsuz təqdim olunur. “Rabitəbank”ın plastik kartlar haqqında ətraflı məlumatı aşağıda göstərilən linkdən əldə edə bilərsiniz.

http://www.rabitabank.com/az/private_clients/plastic_cards/Visa_Gold

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR