İsmayıllıda 24 yaşlı gənc göldə batıb

İsmayıllıda 24 yaşlı gənc göldə batıb
# 10 iyun 2016 19:46 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ismayıllı rayonununda istirahət mərkəzinin ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 55 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlunun suda batması haqqında məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq R.Muradovun cəsədini batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 18:01-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR