İdarə rəisi: "Bakıda inşa olunan ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq"

İdarə rəisi: "Bakıda inşa olunan ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq"
# 13 mart 2015 08:31 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.

A. Aslanovun sözlərinə görə, hazırda Bakı şəhərinin girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır: “İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq”.

A. Aslanov qaydalara cavab verməyən sallaqxanalarda mütəmadi reydlərin keçirildiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR