"AccessBank"ın aktivlərininin həcmi 1,2 mlrd. manata yaxınlaşır

"AccessBank"ın aktivlərininin həcmi 1,2 mlrd. manata yaxınlaşır
# 16 iyul 2015 07:45 (UTC +04:00)

Bakı - APA-Economics. "AccessBank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 24,06% artıraraq 1 mlrd. 156,302 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 14,33% artaraq 830,623 mln. manat təşkil edib.

Cari ilin I yarısında bankın depozit portfeli 10,57% artaraq 282,616 mln. manata çatıb.

Hesabat dövründə əhali tərəfindən banka 256,978 mln. manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,92% çoxdur.

Bankın xarici öhdəlikləri il ərzində 26,85% artaraq 992,284 mln. manata çatıb.

İyulun 1-ə "AccessBank"ın məcmu kapitalının həcmi 13,34% artaraq 164,018 mln. manat, nizamnamə kapitalı isə dəyişməyərək 85 mln. manat olub.

Bank 2015-ci ilin I yarısını 2 mln. 518,69 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR