“Buta Sığorta”nın rəhbəri işdən çıxarılıb

“Buta Sığorta”nın rəhbəri işdən çıxarılıb
# 10 iyul 2014 10:26 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Buta Sığorta” şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

İdarə Heyətinin sədri Abbas Babayev işdən azad edilib.

APA-Economics”ə açıqlamasında A. Babayev bildirib ki, onun işdən azad olunması başqa işə keçidlə əlaqədardır. “Sentyabrdan artıq başqa işə keçirəm. Ona görə də, 1-2 ay əvvəlcədən “Buta Sığorta” ilə yollarımı ayırdım”, - deyə o bildirb.


A. Babyev həmçinin bildirib ki, İdarə Heyəti sədri vəzifəsinə Qənbər Suvanverdiyev təyin edilib. Q. Suvanverdiyev bundan əvvəl şirkətin Direktorlar Şurasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR