Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb - SİYAHI

Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb - <span style="color: red;">SİYAHI
# 25 iyun 2016 11:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi növbəti dəfə vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

APA-Economics”in məlumatına görə, nazirliyin saytında yerləşdirilən cədvəldə bu ilin 24 iyun tarixinə vergidən yayınan 50 müğənninin adı qeyd olunub.

Siyahıya nəzər salanda məlum olur ki, Brilliant Dadaşova, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə, Abbas Bağırov, Xəyyam Nisanov və digərləri vergi borcunu ödəməkdən yayınır.

Qeyd edək ki, Vergilər Nazirliyi müğənnilərinin vergi borcunun məbləğini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR